Kamran Əliyev: "Qəza baş verən avtobus tələbələri Sumqayıta aparırdı" SON XƏBƏR
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin məlumat yayıb. Qəza ilə bağlı SİA-ya məlumat verən İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, "Ford-Tranzit" markalı avtobus yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.
Onun sözlərinə görə, "Ford-Tranzit" markalı avtobus müntəzəm sərnişin daşımada xidmət edən nəqliyyat vasitəsi deyil: "Avtobus sifarişlə tələbələri müntəzəm şəkildə 20 Yanvar metrosundan Sumqayıta aparırmış. Bu səbəbdən də ölənlər və yaralıların hamısı tələbələr olub".
K. Əliyev əlavə edib ki, hadisə ilə bağlı yekun məlumat araşdırmalar bitdikdən sonra açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB