Bakı-Sumqayıt yolundakı qəzada yaralananların vəziyyəti ağırdır RƏSMİ
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
O bildirib ki, yararalılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib: "Ölən və yaralılar tələbələrdir. Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir".
Məlumat üçün nəzərinizə çatdıraq ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB