Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Şirvan şəhərində piyadanı avtomobillə vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 6-da gecə saat 1.00 radələrində Şirvan şəhəri T.İsmayılov küçəsində Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçıb. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Şirvan sakini, 1969-cu il təvəllüdlü Ələkbərov Cahid Rizvan oğlu idarə etdiyi "Opel Astara" markalı 90 DB 469 dövlət nömrə nişanlı avtomobillə törədib.

C.Ələkbərov polis tərəfindən saxlanılıb. Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə