Cəbrayıl rayon sakini Səxavət Mehdiyev münaqişə zəminində qonşusu, Ağdam rayon sakini Müşfiq Şükürovu qətlə yetirib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 6-da Xətai rayonunun Neapol küçəsində, orada yaşayan Cəbrayıl rayon sakini Səxavət Mehdiyev münaqişə zəminində qonşusu, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Şükürova bıçaqla xəsarət yetirib. M.Şükürov hadisə yerində ölüb.
S.Mehdiyev könüllü Xətai RPİ 35-ci PB-yə gələrək təslim olub.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB