İordaniyada terrorçuluğa görə məhkum edilmiş on nəfər edam edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Mohəmməd əl-Momani məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslər xüsusi xidmət orqanının əl-Bakaa qaçqın düşərgəsində yerləşən ofisinə terror hücumu təşkil etməsi, xristian yazıçı Nahid Xataranın öldürülməsi daxil olmaqla 2016-cı ildə ölkə ərazisində bir sıra səs küylü cinayətlər törədiblər. Nazir əlavə edib ki, daha beş nəfər cinsi zorakılıq kimi ağır cinayətlər törətdikləri üçün edam olunub. Edam paytaxt Əmmanın cənubundakı həbsxanada icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB