Şəmkirdə avtomobil kanala düşüb

Şəmkirdə avtomobil kanala düşüb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşməsi barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 09:30-da başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə