Bakı sakinindən silah-sursat tapılıb

Bakı sakinindən silah-sursat tapılıb

Bakı şəhər sakinindən tapança və 8 ədəd patron götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Allahverdiyev saxlanılıb.

Ondan nömrəsi silinmiş "Naqan" markalı tapança və 8 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə