Perunun paytaxtı Lima şəhərində çemodanda jurnalistin parçalanmış və yandırılmış meyiti aşkar edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, meyiti tapılan jurnalist 55 yaşlı Xose Yaktayo olub. O, fevralın 25-i itkin düşüb.
Son 12 ildə Xose Yaktayo müstəqil teleradio şirkətlərindən birində prodüser vəzifəsində çalışıb. Onun öldürülməsi Perunun jurnalist ictimaiyyəti arasında etiraz yaradıb. X.Yaktayo bu il Cənubi Amerika ölkəsində öldürülən ilk jurnalist olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB