Şəmkir polisi qadına qarşı soyğunçuluq edən şəxsi həbs edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini Ülfət Vəliyev tutularaq istintaqa təhvil verilib. O, Yevlax sakini Zaur Qocayevlə birlikdə Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya qarşı soyğunçuluq da təqsirli bilinir. Onlar qadına zor tətbiq etməklə pul kisəsini əlindən alıblar. Bundan başqa hadisə zamanı ərazidə xidmət aparan polis əməkdaşına bıçaqla xəsarət yetirərək ərazidən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır. Zaur Qocayevin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB