Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yerli vaxtla saat 10:29-da Ordubaddan 37 km şimal-şərqdə Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.5, dərinliyi 11 km olan zəlzələ Ordubad ərazisində 3 bala qədər hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB