Göyçayda 2 otaqlı ev yanıb

Dünən axşam Göyçayda yanğın hadisəsi qeydə alınıb. FHN-in mətbuat xidmətinin məlumatına görə, Göyçay rayonu, Yalman kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə