Biləsuvarın 12 yaşlı sakini çaya düşərək boğulub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən şəhərin mərkəzindən keçən Balharı çayında qeydə alınıb. Biləsuvar rayon Polis Şöbəsindən bildirilib ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehtiyev həyətində velosipedlə oynayarkən çaya düşərək boğulub. Faktla bağlı Biləsuvar Rayon Prokrorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB