Göygöl rayon sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Vidadi kənd sakini, 1959-cu il təvəllüdlü Bəhrəm Bayramov dünən qarın nahiyəsinin ağır xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, V. Bayramov tövlədə inəyə qulluq edən zaman heyvan onu vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB