Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisində yol qəzası baş verib. Eyni markalı "VAZ 21 07" markalı avtomobillər toqquşub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hər iki maşın yararsız vəziyyətə düşüb. Avtomobildə olan Şəmsəddin Qurbanov və Nafa Abbasova müxtəlif növ bədən xəsarətləri alıb. Onlar dərhal rayon xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB