Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi "VAZ 21074" markalı, "90 LP 367" dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB