Dünən Saatlı rayonunda ağır yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb. Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir. Ölənlər Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir. Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB