Lənkəranda 4 otaqlı ev yanıb

Dünən Lənkəranda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin mansardının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə