Paytaxt sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Paytaxt sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları isə Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Taryel Ozbetaşvilidən 530 qram heroin götürüblər.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə