Qaxda yanğın hadisəsi olub

Qaxda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Yanğın nəticəsində evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə