Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

Soyğunçuluqda şübhəli bilinən Şamaxı rayon sakini Ağa Əliyev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Fevralın 6-da metronun "20 Yanvar" stansiyasına gedən yeraltı keçiddə naməlum şəxs soyğunçuluq yolu ilə Masallı rayon sakini Fəttah Mehdiyevin mobil telefonunu alıb. Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini Ağa Əliyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə