Piyada qadın ağır xəsarət aldı

Piyada qadın ağır xəsarət aldı

Şəmkir rayonunda piyadanın vurulması ilə bağlı yol qəzası baş verib. Belə ki,1979-cu il təvəllüdlü Elnarə Hüseynova qəza nəticəsində ağır kəllə- beyin travması alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hazırda onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, qadını vuran sürücünün kimliyi bilinmir. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə