Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 66 m2 olan tövlə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 66 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 55 m2 sahədə və dama yığılmış 90 kq saman yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB