Yolu təmizləyən qadını maşın vurdu

Yolu təmizləyən qadını maşın vurdu

Bakıda ağır yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə