Qubada avtomobil 11 yaşlı uşağı vurub

Qubada avtomobil 11 yaşlı uşağı vurub

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 178-ci km-də qeydə alınıb. Yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Əhmədzadə Səyyad Şaiq oğlunu "VAZ 21099" markalı maşın vurub. Xəsarət alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması alan məktəblinin vəziyyəti orta ağırdır. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə