Gəncədə bıçaqlanma olub

Dünən Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1968-ci il təvəllüdlü Abdullayeva Adilə Binnət qızı qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, A. Abdullayeva özü özünü bıçaqlayıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə