Sumqayıt şəhəri ərazisində 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Fevralın 1-də saat 11 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində şəhər sakini Samir Səlimov idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən həmyerlisi, 85 yaşlı Zinaida İbrahimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB