Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda avtomobil yolunda "Lada" markalı minik avtomobili "Volvo" markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Lada" markalı minik avtomobilində sıxılmış vzəiyyətdə qalan 1972-ci il təvəllüdlü Abbasov Faiq İsaq oğlunun cəsədinin çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:56-da başa çatıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB