Nəsimi rayonunda mənzildə 92 yaşlı qadının meyiti tapılıb

Nəsimi rayonunda mənzildə 92 yaşlı qadının meyiti tapılıb

Dünən Bakıda mənzildə 92 yaşlı qadının meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə