Kanalda 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhəri Şirvan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə