Tovuzda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb

Tovuzda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb

Tovuz rayonunda 6 yaşlı uşaq yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2011-ci il təvəllüdlü Məmmədov Nahid Rasim oğluna Tovuz Mərkəzi Rayon Xəstəxanasında 2-ci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, uşaq üzərinə çaynikdə olan çayı dağıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə