Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 25-ci kilometrliyində, Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində qeydə alınıb. Kürdəmir rayon sakini, 1972-ci il təvəllüdlü Vüqar Məlik oğlu Məlikovun idarə etdiyi "KİA" markalı maşın Ağsu istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarına aşıb. Nəticədə xəsarət alan sürücü V. Məlikov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB