Yol qəzasında iki gənc xəsarət aldı

Yol qəzasında iki gənc xəsarət aldı

Qazax rayonunda yol qəzası baş verib. "VAZ 21 07" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qazax rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, "VAZ 21 07" markalı avtomobildə olan 1989-cu il təvəllüdlü Tural Hüseynov və 1988-ci il təvəllüdlü Amil Hüseynov bədən xəsarətləri alıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə