Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB