Yenə yol qəzası: 4 ölü, 6 yaralı

Yenə yol qəzası: 4 ölü, 6 yaralı

Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər - sərnişin Elçin Qəhrəmanov xəstəxanaya aparılarkən, sürücü Bəhməniyar Məmmədqasımov isə xəstəxanada ölüblər. Dəhşətli qəza Xızı-Giləzi yolunda olub. Qəzada daha 4 sərnişin xəsarət alıb. Onlardan Bakı sakinləri Eldəniz Allahverdiyev, Əfqan Nəzərov və Asim Çingizoğlu Sumqayıt Şəhər təcili yardım xəstəxanasına yerləşdiriliblər.

İsmayıllı rayonunda da ölümlə nəticələnən avtomobil qəzası baş verib. Qəbələ sakini Ağaməmməd Ağaməmmədov yük avtomobili Qalacıq kəndinin ərazisində Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən aşaraq çaya düşüb.

Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 25 yaşlı Pərviz Ağaməmmədov isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tovuzda isə polis maşını ilə minik avtomobili toqquşub, 1 nəfər ölüb.

Qəzada Post patrul avtomobili yolu dönmək istəyən avtomobillə toqquşub. Minik maşını əzilərək yarasız hala düşüb.

Nəticədə avtomobilin sərnişini Tovuz sakini 31 yaşlı Tural Əsgərov hadisə yerində dünyasını dəyişib. Sürücü Avaztəpə kənd sakini 25 yaşlı Rəşad Qədimalıyev isə müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə