Binəqədi rayonunda qapı-pəncərə sexində yanğın baş verib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 80 m² olan plastik qapı-pəncərə sexinin sahəsi 12 m² olan bir otağının yanar konstruksiyaları və yataq dəsti 5 m² sahədə yanib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB