Oğurluqda şübhəli bilinən şəxsin digər cinayətləridə müəyyən edilib
Oğurluqda şübhəli bilinən F.Ağayevin 4 avtomobildən oğurluq törətməsi də müəyyən edilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oğurluq etdiyinə görə yanvarın 19-da tutulan Fərhad Ağayevin ətrafında Suraxanı RPİ 33-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun 4 avtomobildən ümumilikdə 1000 manat pul və 3 ədəd maqnitofon oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB