Zaqatala rayonunda "VAZ-2107" markalı avtomobillə rayon sakini Valeh Ağaməmmədov vurulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yanvarın 22-də saat 19 radələrində Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Samiq Muradov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi V. Ağaməmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB