Yaşayış binasında baş verən yanğın zamanı 1 nəfər yanaraq ölüb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın nəticəsində 1947-ci il təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB