Tovuzda yol qəzası baş verib, bir nəfər xəsarət alıb

Tovuzda yol qəzası baş verib, bir nəfər xəsarət alıb

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə Qovlar şəhərində qeydə alınıb. "Mercedes" və "VAZ2106" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, 1983-cü il təvəllüdlü Qəhrəmanov Xəyal Knyaz oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə