Bakıda intihar hadisəsi qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, dünən saat 16 radələrində Suraxanı rayonu, massiv D ərazisində 30 yaşlı Hüseynova Nuranə Ceyhun qızı yaşadığı mənzilin dəhlizində özünü asıb.
Təcili tibbi yardım satansiyasının əməkdaşları hadisə yerinə gəlsələr də, qadının həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Nuranə Hüseynova ailəli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB