Biləsuvar sakini su kanalında boğulub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaylı kəndində baş verib. 1969-cu il təvəllüdlü Saleh Əlihüseyn oğlu Nəsirov Çaylı kəndində fermanın yaxınlığındakı kollektorda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq morqa aparılıb. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB