Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gündüz Məlikov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30.000 manat və 8.000 ABŞ dolları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB