Dünən Şəmkir rayonunda yük avtomobili aşıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 385-ci kilometrliyində, Şəmkirin Seyfəli kəndi ərazisində qeydə alınıb. Ağcabədi rayon sakini Cabir Mövsümovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, 5 tona yaxın kartof yükü yola dağılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB