Astarada yol qəzasl olub, 5 nəfər xəsarət alıb

Astarada yol qəzasl olub, 5 nəfər xəsarət alıb

Astarada avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kijəbə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət almış üç sərnişinin kimliyi hələlik məlum deyil. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə