Daşkəsəndə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qara Budaqov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri alan Q. Budaqov Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Əməliyyat olunan Q. Budaqovun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB