Təyyarə qəzasında ölənlərin sayı 35 nəfərə çatıb YENİLƏNİB

Təyyarə qəzasında ölənlərin sayı 35 nəfərə çatıb YENİLƏNİB

Türkiyəyə məxsus yük təyyarəsinin Qırğızıstanın paytaxtı Bişkek ətrafında qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb. SİA AKİpress-ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliyev deyib.

Onun sözlərinə görə, hadisə yerində 56 həkim və psixoloqun daxil olduğu 14 təcili yardım briqadası işləyir.

Qeyd edək ki, yük təyyarəsi Bişkekdə yaşayış evlərinin üzərinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə