Avtomobil qəzasında xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB

Avtomobil qəzasında xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB

Şirvanda avtomobilin magistral qaz kəmərinin dirəyinə çırpılması nəticəsində xəsarət alan sərnişin xəstəxanada ölüb. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, ölən şəxs 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızıdır.

*** 17.38

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində olub. Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən G. Muradovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə