Oğurluqda şübhəli bilinən şəxs tutulub

Oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxs tutulub. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə