Ermənistanda xarici vətəndaşlara saxta diplom satılıb

Ermənistanda xarici vətəndaşlara saxta diplom satılıb

Ermənistanda özəl universitetlərin rektorları xarici vətəndaşlara saxta diplomlar satıblar. SİA "aysor.am"a istinadən xəbər verir ki, saxta diplomlar Ermənistan, İran, ABŞ və digər ölkələrin vətəndaşlarına verilib. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində aşkar edilib ki, müxtəlif qeyri-dövlət ali məktəblərinin rektorları saxta diplom satışı ilə məşğul olub. Üç rektor barəsində Cinayət Məsəlləsinin rüşvətalma maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə