Gəncədə silah satan şəxs tutuldu

Gəncədə silah satan şəxs tutuldu

Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov 2000 manata Gəncədə silah satarkən tutulub. SİA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində onun əlindən "AK" markalı silah və 17 ədəd patron götürülüb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə